Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaponiyada tibbi “robotlaşdırılmış kostyum”lar satışa çıxarılıb


Yaponiya Səhiyyə Nazirliyi bu həftə fiziki imkanları məhdud insanlar üçün nəzərdə tutulan “robotlaşdırılmış kostyum”ların kommersiya satışına rəsmən icazə verib. 
 
Texnologiya üzərində iş yeddi ildən çox müddət ərzində müxtəlif Yaponiya şirkətləri tərəfindən aparılıb.
 
Məhsulun satışı üçün ilk lisenziyanı “Cyberdyne” şirkəti aşağı ətraflar üçün nəzərdə tutulan “HAL” “robotlaşdırılmış kostyum”u ilə birlikdə alıb. Kostyum artıq çəkidən, eləcə də yan amiotrofik skleroz, əzələ distrofiyası, kürək atrofiyası kimi xəstəliklərdən əziyyət çəkən insanlar üçün nəzərdə tutulub.
 
“Cyberdyne” şirkəti ölkənin qərbində yerləşən Sukuba Yaponiya akademik şəhərciyinin tələbə və professorlarının səyi ilə yaradılıb. Yeni məhsul xarici görünüşünə görə öz adına uyğundur, çünki fantastik kinofilmlərdəki qeyri-adi texnikanı xatırladır. Kostyum sinir sisteminin siqnallarını duyan xüsusi sensorlarla təchiz edilib. O, insanın kənar kömək olmadan istifadə edə bilmədiyi əl-ayaqları hərəkətə gətirməyə imkan verir.  
 
“Cyberdyne” mütəxəssisləri qeyd ediblər ki, yeni texnologiyanın əsasını bədən orqanı funksiyalarını bərpa etməyə imkan verən böyük potensial təşkil edir. Aparılan çoxsaylı tədqiqatlarda sübut olunub ki, belə “robotlaşdırılmış kostyum”lar sayəsində əlillər yorğunluq hiss etmədən böyük məsafəni qət edə bilərlər.  
 
Texnologiya, həmçinin fiziki imkanları məhdud insanın müstəqil edə bilmədiyi hərəkətləri (məsələn, əyilmək və ya ağır əşyaları qaldırmaq) yerinə yetirməyə imkan verir.
 
Yaponiya mütəxəssisləri tibbi robot texnikası sahəsində layihə üzərində işi davam etdirirlər, - “ www.tass.ru” yazır.   





28/11/15    Çap et