Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İT sənayesinin maqnatları planetin "təmiz enerji" ilə təmin edilməsi üzrə səmərəli texnologiyalara sərmayə qoyacaq
Dünyanın bir sıra nəhəng texnologiya şirkətləri planetin "təmiz enerji" ilə təmin edilməsindən ötrü etibarlı və səmərəli texnologiyaların tədqiqinə sərmayə qoymaq üçün birləşib.
«ICTnews» elektron xəbər xidməti «gazeta.ru» resursuna istinadən yazır ki, bu məqsəd naminə birləşmiş məşhur iş adamlarından ibarət qrup «Breakthrough Energy Coalition» adlandırılıb. Mark Zukerberq, Bill Qeyts, «Amazon» internet şirkətinin direktoru Ceff Bezos, «Alibaba Group»un qurucusu Cek Ma, həmçinin «Virgin Group» korporasiyasının təsisçisi Riçard Brenson sözügedən qrupun iştirakçıları sırasındadırlar.
Bu qrup ilkin mərhələlərdə elektrik enerjisinin istehsalına, onun saxlanılmasına, nəqlinə və istehsalının səmərəliliyinin yüksəldilməsinə sərmayə yatıracaq. İş adamları gələcəkdə innovativ ideyaları geniş təbliğ edəcək investorların cəlbini planlaşdırırlar.
«Breakthrough Energy Coalition» adlı qrupun qarşısına qoyduğu əsas məqsədlərdən biri qlobal istiləşmənin qarşısını almaq və yoxsul ölkələri elektrik enerjisi ilə təmin etməkdir.
Emil Hüseynov
30/11/15 Çap et