Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” tədqiqatlara daha az vəsait xərcləyir


2015-ci maliyyə ilində «Apple» korporasiyasının rəqib şirkətlərlə müqayisədə tədqiqatlara («R&D») daha az vəsait xərcləməsinə baxmayaraq, şirkət bu sahədə liderliyini qoruyub saxlayır.
 
 
Hesabat dövründə «Apple» tərəfindən bu istiqamətdə çəkilən xərclər 8,1 milyard dollar təşkil edib. Bu halda şirkət müvafiq dövrdə 233 milyard dollar məbləğində gəlir əldə edib. Beləliklə, 2015-ci ildə «R&D» xərcləri şirkətin illik satış həcminin təxminən 3 faizini təşkil edib.
 
 
«ICTnews» elektron xəbər xidməti «macdigger.ru» resursuna istinadən yazır ki, eyni vaxtda rəqib şirkətlər öz gəlirlərinin böyük hissəsini tədqiqatlara xərcləyib. Məsələn, «Facebook» bu məqsədlə 2,6 milyard dollar (21 faiz), «Qualcomm» çip istehsalçısı 5,6 milyard dollar (22 faiz), «Google» 9,2 milyard dollar (15 faiz) məbləğində vəsait ayırıb.
 
 
Emil Hüseynov





01/12/15    Çap et