Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hakerlər «WhatsApp» üzərindən bank kartlarının məlumatlarına müdaxilə edirlər


Sinqapur Banklar Assosiasiyası «Android» sistemli mobil telefon istifadəçilərini «WhatsApp» proqramı üçün nəzərdə tutulan saxta yeniləmələr üzərindən yayılan yeni virus haqda xəbərdar edib. Bu haqda təşkilatın direktoru Onqanq Ay Bund məlumat verib.
 
 
«ICTnews» elektron xəbər xidməti «itar-tass.com» saytına istinadən yazır ki, sertifikatlaşdırılmamış yeniləmələrin sistemə quraşdırılması zamanı populyar messencer proqramı bank kartı məlumatlarının daxil edilməsini tələb edir. Bundan sonra saxta yeniləməyə quraşdırılmış viruslar informasiyanı fırıldaqçılara ötürür.
 
 
Emil Hüseynov





01/12/15    Çap et