Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yerli İKT şirkəti beynəlxalq səviyyəli “088”- “Toll Free” prefiksi alıb


 “Avirtel” şirkəti Azərbaycana məxsus beynəlxalq səviyyəli “088”- “Toll Free” prefiksini alıb.
 
“ICTnews” xəbər xidmətinin verdiyi məlumata əsasən, “Toll Free” servisinin beynəlxalq prefiksini yalnız İKT sektorunda nailiyyətlər əldə etmiş  və inkişaf etmiş iqtisadiyyata malik olan ölkələrə verirlər.
 
“Bu il biz  xidmətin beynəlxalq səviyyədə təşkilinə nail olmuşuq. Artıq  Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və onun müəssisələrinin “qaynar xətt”i, Mədəniyyət və Turizm Nazirliyinə və turizm şirkətlərinə, otellərə və s. dövlət qurumlarına bu xidmətdən yararlanmaq təklif edilir. Bu servisin üstünlüyü ondadır ki, zəngin ödənişini zəng edən deyil, zəngi qəbul edən  tərəf ödəyir və istifadəçi hətta mobil telefonunda balansı bitdikdə belə tələb olunan xidmət haqda məlumatı  şirkətə və quruma  zəng edərək əldə edə bilər” – deyə şirkətin yeni xidmətinin “Bakutel 2015” sərgi-konfransı çərçivəsində təqdimatında məlumat verilib.
 
Servis istifadəçiyə mütəmadi olaraq hesabatlar təqdim edir.
 
Aynur Vəliyeva




03/12/15    Çap et