Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hansı şirkətin noutbukları daha etibarlıdır?


Məhsul və xidmətlərin müstəqil yoxlanması üzrə ixtisaslaşmış ABŞ-ın «Consumer Remorts» jurnalının tədqiqatına əsasən, «Apple» korporasiyasının «MacBook» noutbukları ən etibarlı qurğular adlandırılıb.
 
«ICTnews.az» elektron xəbər xidməti «gazeta.ru» saytına istinadən yazır ki, 2010-2015-ci illərdə noutbuk satın almış 58 min nəfər sözügedən jurnalın əməkdaşları tərəfindən keçirilmiş sorğuda iştirak edib. «Acer», «Lenovo», «Samsung» və başqa İT şirkətlərinin noutbuklarını satın almış respondentlərin 20 faizi bildirib ki, onların qurğuları ilk 3 ildə sıradan çıxıb. Müvafiq dövrdə «MacBook» noutbukları üzrə bu göstərici 10 faiz təşkil edib.
 
 
"İndi «Apple» şirkətinin noutbuklarını ən etibarlı adlandırmaq olar: ilk üç ildə adıçəkilən şirkətin noutbuklarından istifadə edən insanlar yalnız 10 faiz halda problemlə üzləşib, halbuki «Samsung» və «Gateway» şirkətlərinin noutbukları 16 faiz halda sıradan çıxır.
 
«Acer», «Lenovo», «Toshiba», «HP», «Dell» və «Asus» şirkətlərində isə bu göstərici 18-19 faizdir.
 
 
Emil Hüseynov
 
 




04/12/15    Çap et