Avropa İttifaqında kiril qrafikalı domendən istifadə olunacaq
Avropa İttifaqının (Aİ) “.EU” domen zonasının inzibatçısı "EURid” şirkəti kiril qrafikalı “.ЕЮ” domen adının "String Evaluation” mərhələsindən uğurla keçməsini açıqlayıb.
Bu isə o deməkdir ki, yeni yüksəksəviyyəli domen adı internetdə domen adları və zonaların verilməsini həyata keçirən “Internet Corporation for Assigned Names and Numbers” (ICANN) qeyri-kommersiya təşkilatı tərəfindən təsdiq edilib və yaxın vaxtlarda istifadəyə veriləcək.
Maraqlısı isə odur ki, yeni “.ЕЮ” domeni müraciətdə bolqardilli kimi göstərilib, çünki Bolqarıstan hazırda dövlət dilində kiril əlifbasından istifadə edilən Aİ-yə üzv yeganə ölkədir. “.ЕЮ” (European Union ifadəsindən götürülüb) domen adı “.ЕС” kiril domeninin Ekvadorun mövcud “.ес” milli domeni ilə səhv salınmamasına görə seçilib, - "
www.webnames.ru” yazır.