Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Daha bir dövlət qurumunun saytının yeni versiyası istifadəyə verilib


Azərbaycan Milli Arxiv İdarəsinin rəsmi internet resursu  yenilənib.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, yeni versiyada əsasən elektronlaşma istiqamətinə üstünlük verilib. Belə ki, “Elektron Arxiv Sistemi”, “Elektron Arxiv Məlumat Sistemi”, “Elektron  Hesabatlar”, “Elektron Sənəd Topluları”, “Virtual Sənəd Sərgiləri”, “Elektron Məlumat Kitabxanası” və s. kimi elektron resurslar istifadəçilər üçün əlçatan olub.
 
Hazırda sayt arxiv işləri ilə bağlı məlumat əldə etmək üçün əsas rolunu oynayan internet səhifə kimi formalaşdırılıb.
 
CAHANGİR




04/12/15    Çap et