Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Daha bir İT şirkətinə kabel şəbəkəsi yayımı üçün lisenziya verilib


Milli Televiziya və Radio Şurası "Smart Systems Technology MMC"yə 6 il müddətinə kabel şəbəkəsi yayımı üçün (yayım üsulu – internet, İP TV) xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edib.
 
Şirkətdən verilən məlumata görə, bu xidmətin tətbiqi ilə abunəçilər internet üzərindən 100-ə yaxın televiziya kanalını izləyə bilərlər. Bundan əvvəl  isə şirkət məlumatların ötürülməsi - data transfer və İP-telefoniya xidmətləri üçün lisenziya alıb.
 
 Məlumat üçün qeyd edək ki, "Eurosel" MMC, "Alfanet" MMC, "Enginet" MMC və "GSP" MMC də bu sahədə fəaliyyət göstərmək üçün lisenziyaya sahibdir. 
 
RƏVAN
 




04/12/15    Çap et