Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2019-cu ilə dünya smartfonlar bazarının həcmi 2 milyarda yaxınlaşacaq
«IDC» analitik şirkətinin yeni proqnozuna əsasən, cari ildə Asiya-Sakit okean (Yaponiya istisna olmaqla), Latın Amerikası və Qərbi Avropa regionlarında qeydə alınan azalma səbəbindən smartfon tədarükünün həcmi 9,8 faiz artaraq 1,43 milyarda yaxınlaşacaq.
«ICTnews » elektron xəbər xidməti «dailycomm.ru» resursuna istinadən yazır ki, sözügedən şirkətin analitiklərinin qiymətləndirməsinə görə, 2019-cu ildə istehsalçılar ümumilikdə təxminən 1,86 milyard smartfon tədarük edəcəklər və artım tempi 4,7 faizədək azalacaq.
2015-ci ildə «MEA» regionu ( Yaxın Şərq və Afrika ölkələri daxildir) smartfonların tədarükü üzrə ən sürətlə inkişaf edən bazar adına layiq görüləcək. «IDC»-nin ekspertləri ümid edir ki, 2014-cü illə müqayisədə bu regionda smartfonların tədarük həcmi 50 faiz yüksələcək.
Tədqiqatda, həmçinin müxtəlif platformalarla bağlı məlumatlar öz əksini tapıb. Ekspertlər bildiriblər ki, alternativ mobil əməliyyat sistemlərinin smartfon bazarında öz yerini tapmaq üçün çoxsaylı cəhdlərinə baxmayaraq, bu, uğursuzluqla nəticələnib və yaxın gələcəkdə «Android» platforması liderliyini qoruyub saxlayacaq.
Proqnoza görə, 2015-ci ildə bu sistemin bazar payı 81,2 faiz təşkil edəcək, 2019-cu ilə qədər isə 82,6 faizədək yüksələcək.
Emil Hüseynov
04/12/15 Çap et