Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Bakutel 2015” sərgisində radio və televiziya yayımı ilə bağlı ən son yeniliklər nümayiş olunur
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Teleradio" İstehsalat Birliyi (İB)"Bakutel 2015" sərgisində öz stendi ilə iştirak edir.
Qurum fəaliyyət istiqamətləri, həyata keçirdiyi işlər barədə sərgi iştirakçılarını və tərəfdaşlarını məlumatlandırır.
Bundan başqa, stenddə ölkə ərazisində həyata keçirilən rəqəmli televiziya və radio yayımı ilə bağlı xidmətlər nümayiş olunur.
Eyni zamanda, sərgi çərçivəsində gələcəkdə bütün respublika ərazisində çoxproqramlı kommersiya yayımının təşkil edilməsi üçün istehsalçı şirkətlərlə danışıqlar aparılır.
IP TV xidmətinin genişləndirilməsi üçün dövlət və özəl operatorlara bu xidmət barədə müfəssəl məlumatlar verilir.
Qeyd edək ki, "Teleradio" İB respublikada analoq və rəqəmli radio-televiziya yayımını, radio rabitəsini, peyk rabitəsini, radio-televiziya proqramlarının peykdən yayımını, İP TV və s. xidmətləri təmin edən dövlət müəssisəsidir.
RƏVAN
04/12/15 Çap et