Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Bakutel-2015”-in iştirakçıları olan Litva şirkətləri Texniki Universitetdə təqdimat keçirib


Litva şirkətləri Azərbaycan Texniki Universitetində (AzTU) elektron təhsil sistemlərinə dair yeniliklərini təqdim edib.
 
Universitetdən verilən məlumata görə,  “Bakutel-2015” beynəlxalq sərgisində iştirak etmək üçün Bakıda qonaq olan “İnfobalt” şirkətinin eksport və investisiyalar üzrə rəhbəri Paulius Valiulis, “İK Konsaltink” şirkətinin rəhbəri Romas Vençkauskas, “Edukton” şirkətinin menecerləri Vutautas Duzinskis və Yevgeni Simonait  AzTU-da olublar.
 
Onlar universitetin Beynəlxalq əlaqələr şöbəsində  təmsil etdikləri şirkətlərin “Elektron təhsil sistemlərinin təkmilləşdirilməsi” ilə bağlı yeni layihələrinin təqdimatını keçiriblər.
 
Litva şirkətləri ilə əməkdaşlıq yaratmaq barədə tərəflər arasında müzakirələr aparılıb və əməkdaşlıq barədə ilkin razılıq əldə edilib.
 
CAHANGİR
 
 




05/12/15    Çap et