“Elektron hökumət” portalı istifadəçilərinin sayında son iki ildə 10 dəfə artım baş verib
"Elektron hökumət" portalı istifadəçilərinin sayında son iki il ərzində 10, elektron xidmətlərdən ümumi istifadə sayında isə 24 dəfə artım baş verib. Bununla bağlı yeniliklər "Bakutel 2015"- 21-ci Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı iştirakçılarına təqdim olunur.
İki ildə portal istifadəçilərinin sayı 2 625 179, elektron xidmətlərdən ümumi istifadə sayı isə 17 562 513 -ə çatıb. Hazırda portalda 11 elektron arayış təqdim edilir. 25-dən artıq bank və kredit təşkilatları "Elektron arayışlar" xidmətindən yararlanmaqla, 200 mindən çox kredit sənədləşdirilib. "Elektron hökumət" portalı tərəfindən yerli icra hakimiyyətlərində elektron həllər də təqdim olunur və artıq 21 elektron xidmət istismara hazırdır.
Onu da qeyd edək ki, sərgi ziyarətçiləri "Bakutel 2015" çərçivəsində
"Elektron hökumət" portalına giriş (istifadəçi adı/şifrə) əldə edə bilərlər.
Yolunu "Elektron hökumət" pavilyonundan salan sərgi iştirakçıları və ziyarətçilər portalın üstünlüklərindən faydalana bilərlər.
Portal vasitəsilə 45 qurum tərəfindən təqdim olunan 432 elektron xidmətdən heç yerə getmədən olduğunuz yerdəcə istifadə edə bilərsiniz.
Həqiqət İSABALAYEVA