Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2017-ci ilədək 70 milyondan çox insan virtual reallıq eynəklərindən istifadə edəcək


Virtual reallıq eynəyi hələ istehlak bazarına daxil olmasa da, amma analitiklər hesab edirlər ki, sözügedən texnologiya istifadəçilər tərəfindən məmnuniyyətlə qəbul ediləcək. «SuperData» tədqiqat firmasının qiymətləndirməsinə görə, 2 il sonra 70 milyondan çox insan virtual reallıq texnologiyasına əsaslanan oyunlardan zövq alacaq.
 
 
«ICTnews» elektron xəbər xidməti «hitech.newsru.com» resursuna istinadən yazır ki, analitiklərin proqnozuna əsasən, insanlar hər hansı bahalı və funksional platformanı satın almazdan öncə bu texnologiyanı sınaqdan keçirmək istəyəcək və buna görə əvvəlcə ucuz qurğulara üstünlük veriləcək. Mütəxəssislər bildirir ki, məhz bundan sonra dəyəri yüksək olan qurğular bazarında «bum» gözlənilir.
 
 
Təxmin edilir ki, ABŞ-da satışların 33 faizi «PlayStation» üçün «VR» eynəklərinin payına düşəcək.
 
Beləliklə, aparat təminatı bazarının həcmi 8,8 milyard dollar təşkil edəcək və virtual reallıq cihazları üçün 6,1 milyard dollar məbləğində müxtəlif proqram təminatı satılacaq. 2019-cu ilin sonuna kimi bu göstəricilər təxminən 2 dəfə artacaq.
 
 
Emil Hüseynov
 
 
 





05/12/15    Çap et