Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dünyada 4,7 düymlük diaqonala malik smartfonlar daha populyardır
«DeviceAtlas» tədqiqat şirkətinin yeni "Mobile Web Traffic Report" hesabatına əsasən, indi dünyada 4,7 düymlük diaqonallı ekranla təchiz edilmiş smartfonlara tələbat daha böyükdür.
Sonrakı yerlərdə müvafiq olaraq 5 və 5,5 düymlük diaqonala malik smartfonlar qərarlaşıb. Ən populyar təsvir ölçüsü isə 1334x750 pikseldir.
«ICTnews» elektron xəbər xidməti «it-weekly.ru» saytına istinadən yazır ki, «DeviceAtlas» şirkəti tədqiqat zamanı internet trafikinin istehlakı üzrə məlumatlardan istifadə edib.
4,7 düymlük diaqonala malik ekranla təchiz edilmiş smartfonların populyarlığı, həmçinin «iPhone»nun yüksək populyarlığı ilə izah olunur.
Müxtəlif ölçülü ekranla təchiz edilmiş qurğuların populyarlığı üzrə ölkələr arasındakı fərqlər maraq doğurur.
Belə ki, Fransada 4.7 düymlük diaqonallı smartfonların bazar payı 38,6 faiz, Almaniyada 31,8 faiz və İtaliyada 23,8 faiz təşkil edir. Amma Böyük Britaniyada bu göstərici 45.9 faiz, Yaponiyada isə 50,6 faiz təşkil edir.
Emil Hüseynov
07/12/15 Çap et