Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Gələn ay Belarusda «4G» texnologiyası işə salınacaq
Belarusda «4G» texnologiyası 1 yanvar 2016-cı il tarixində işə salınacaq. Bu haqda Belarus Respublikasının rabitə və informasiyalaşdırma nazirinin birinci müavini Dmitri Şedko məlumat verib.
"İndi «4G» texnologiyası Minskdə sınaq rejimində işləyir. 2016-cı ilin yanvarın 1-dən sözügedən texnologiya bütün ölkə ərazisində əlçatan olacaq", – deyə Dmitri Şedko bəyan edib.
"5G rabitə texnologiyası haqda hələ ki söz verə bilmərəm, amma düşünürəm ki, 2020-ci ilədək biz bu texnologiyanın əlçatan olması üçün hazırlıqlara başlayacağıq" - nazirliyin rəsmisi deyib.
Dmitri Şedko ictimai nəqliyyatda «Wi-Fi» şəbəkəsinin qurulması ilə əlaqədar bildirib ki, texniki cəhətdən bu mümkündür. Yaxın vaxtlarda bu məsələ ilə bağlı qərar qəbul ediləcək.
Emil Hüseynov
07/12/15 Çap et