Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Qazaxıstanda bütün internet istifadəçilərindən «casus» sertifikatı quraşdırmaq tələb olunacaq
Qazaxıstanın "Kazaxtelekom" operatorunun bəyanatına əsasən, 1 yanvar 2016-cı il tarixindən etibarən ölkənin internet istifadəçilərindən kompüter və mobil qurğular daxil olmaqla bütün qurğularda "milli təhlükəsizlik sertifikatı"nı quraşdırmaq tələb olunacaq.
«ICTnews» elektron xəbər xidməti «telekomza.ru» saytına istinadən yazır ki, nəticədə dövlət hər bir kompüterdə düşünülərək yaradılmış boşluq vasitəsilə bütün trafiki, brauzerin tarixçəsini, hətta loqin və parolları əldə etmək imkanına malik olacaq.
Bu sertifikatlar adətən etibarlı şirkətlər tərəfindən qurulur və internet qoşulmanın dinlənilməyəcəyinə dair zəmanət verilir. Amma istifadəçinin qurğusuna zərərli sertifikat quraşdırıldığı halda, o, geniş imkanlara malik «Troya atı» kimi fəaliyyət göstərə bilər.
Emil Hüseynov
07/12/15 Çap et