Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dövlət Neft Şirkəti avtomatlaşdırılmış idarəetmə sisteminin yeni modullarını tətbiq edəcək


Dövlət Neft Şirkəti yeni ildən şirkət büdcəsinin tərtibinin avtomatlaşdırılmış idarəetmə sisteminin və strateji qərarlar qəbul edilməsinin yeni modullarını tətbiq edəcək. Bu barədə ARDNŞ-in məlumatında bildirilir.

Avtomatlaşdırılmış idarəetmə sistemi bundan əvvəl Almaniyanın SAP şirkəti tərəfindən şirkətdə yüklənib. Hazırda həmin modullar müxtəlif idarə səviyyələrində test olunur.

Bundan əlavə, şirkət istehsalat prosesinin özünün idarəsi üzrə modulları da tətbiq etməyə hazırlaşır. Burada söhbət “SAP TM”, “SAP PP”, “SAP QM” modullarından gedir. Hazırda istehsalat sahələrində işçi qrupları yaradılır, metodologiya və biznes-plan hazırlanır.

Şirkətin 140 müəssisəsində insan resursları, satış fəaliyyəti, maliyyə mühasibatı, maddi axınlar, zəncirvari tədarük və risklərin idarə olunmasında artıq “SAP” həlləri tətbiq olunub.

“SAP” həllərinin tətbiqi şirkətin iş keyfiyyətinin yaxşılaşmasına, hesabatların hazırlanma vaxtlarının azaldılması, maliyyə nəzarətinin möhkəmlənməsi və şəffaflığı, standartlaşdırma və biznes-proseslərin avtomatlaşdırılmasına kömək edəcək.




17/09/11    Çap et