“IDC”: “Şirkət rəhbərləri rəqəmli transformasiyanı biznes strategiyasına daxil etməyə başlayıb”
İnformasiya texnologiyaları (İT) xidmətlərinin ənənəvi funksiyaları arxa plana keçir, lakin İT direktoru üçün dəyişiklik aparmaqda bələdçi olmaq üçün imkanlar açılır. Belə ki, İT xidməti infrastruktur saxlancı və icraçıdan servislər provayderinə çevrilməlidir.
“IDC” analitik şirkətinin mütəxəssisləri qeyd edirlər ki, əksər şirkətlərin baş direktorlarının bəyanatlarında “rəqəmli transformasiya” terminindən tez-tez istifadə olunmağa başlanıb. Məsələn, bu yaxınlarda “Citigroup” şirkətinin baş direktoru bildirib ki, onun şirkəti artıq bank yox, maliyyə sahəsində fəaliyyət göstərən texnoloji şirkətdir. O, biznesin rəqəmli strategiyasının üç əsas elementi kimi diqqətin müştəri üzərində cəmləşməsi, ümumi proseslərin qlobal tətbiqi və yeni tərəfdaşlığı göstərib.
Analitiklərin fikrincə, bu, informasiya xidmətləri və onların əməkdaşları üçün ənənəvi iş formasından uzaqlaşmağın vacibliyini bildirir. O, şirkətə yeni rəqəmli fəaliyyətin öhdəsindən gəlməyə, “bulud” servisləri almağa və əməkdaşların əməyinin məhsuldarlığını artırmağa kömək etməlidir, - "
www.osp.ru” yazır.