Tədqiqat: planşet və kompüterlər uşaqların görmə qabiliyyətinə mənfi təsir etmir
ABŞ-ın Ohayo Universitetinin tədqiqatçıları 20 il 6-11 yaşlı uşaqları müşahidə edərək onların kompüter və televizora nə qədər vaxt sərf etməsini araşdırıb. Nəticədə, kompüter və televizorun gözlərin zəifləməsinə təsir etmədiyi müəyyən olunub.
Alimlər ümumilikdə 5 min uşağı tədqiq ediblər. Müəyyən edilib ki, hətta köhnə modellər belə gözü korlamır. Həmçinin ekranadək olan məsafə uzağı görməməyin inkişafına təsir göstərmir.
Alimlərin fikrincə, uzağı görməməyin başlıca səbəbi gözün böyüməsi ilə əlaqədar göz büllurunun əyriliyinin pozulmasıdır. Bunun üçün ən yaxşı profilaktika isə təmiz havada gəzintidir, - “
www.macdigger.ru” yazır.