Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Fransa terror aktlarına görə ictimai “Wi-Fi” şəbəkəsindən istifadəni qadağan edəcək


Fransa Daxili İşlər Nazirliyi internetə ictimai “Wi-Fi” şəbəkəsi vasitəsilə daxil olmaq və “Tor” anonim şəbəkəsinin bloklanması ilə bağlı təkliflər hazırlayıb.
 
Təcili olmayan antiterror tədbirlərinə aid təkliflərin 2016-cı ilin yanvarında təqdim ediləcəyi gözlənilir. Sənəddə “Tor”un konkret necə blok ediləcəyi barədə məlumat verilmir.
 
Təklif olunan tədbirlərə, həmçinin qanunvericilikdə VoIP xidmət (internet ilə səsli zənglər) operatorlarının güc strukturlarına hökumətin sorğusu əsasında şifrləmə açarlarının verilməsini nəzərdə tutan dəyişikliklər daxildir, -“www.gazeta.ru” yazır. 
 




08/12/15    Çap et