Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nokia”dan yeni smartfonlar


“Nokia” şirkətinin “Twitter” hesabındakı məlumata əsasən, “Symbian Belle” əməliyyat sistemi ilə işləyən smartfonlar riteylerə tədarük olunmağa başlayıb.

Onlar cari ilin üçüncü rübünün sonuna kimi mağazalarda çıxmalıdırlar. “Nokia 700” bazarda ən yığcam sensor monoblok sayılır.

Smartfon 1 QHz takt tezlikli prosessor, 2 QB daxili yaddaş və 32 QB tutuma qədər olan “microSD” kartları üçün slot, 5 meqapiksel kamera, “ClearBlack” texnologiyasından istifadə etməklə hazırlanmış “Gorilla Glass” qoruyucu şüşəsi ilə 3,2 düym “AMOLED” ekran, “GPS”, kompas, həmçinin “Wi-Fi”, “Bluetooth” və “NFC” modulları ilə təchiz edilib. “Nokia 701”-də “ClearBlack” texnologiyasının tətbiqi ilə 3,5 düym “İPS” ekran qurulub.

O, 1 QHz takt tezlikli prosessor, videoəlaqə üçün ön kamera və əsas 8 meqapiksel kamera, verilənlərin saxlanılması üçün 8 qiqabayt yaddaş və “microSD” (32 QB tutuma qədər) kartları üçün slot, “Wi-Fi”, “NFC”, “Bluetooth”, “GPS” modulları və FM radio qəbuledicisi ilə təchiz olunub.




17/09/11    Çap et