Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan Müəllif Hüquqları Agentliyi nəzarət markalarının tətbiqinə başlamağa hazırlaşır
Azərbaycan Müəllif Hüquqları Agentliyi gələn ildən etibarən müəllif hüququ obyektlərinin nəzarət markaları ilə təchiz edilməsinə başlayacaq.
"ICTnews" elektron xəbər xidmətinin məlumatına əsasən, artıq agentliyin markalama sistemi tam hazırdır.
"Biz müəllif hüququ obyekti olan incəsənət və mədəniyyət əsərlərinin və digər məhsulların qorunması üçün nəzərdə tutulmuş nəzarət markalarının tətbiqinə tam hazırıq. Hazırda bu markaların tətbiqi ilə bağlı işçi heyəti üçün treninqlər keçirilir", - deyə agentliyin rəhbəri Kamran İmanov bildirib.
Aynur Vəliyeva
08/12/15 Çap et