Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropa İttifaqı kibertəhlükəsizlik haqda yeni qanun layihəsi hazırlayıb


Avropa Komissiyası, Avropa Parlamenti və Avropa İttifaqına üzv ölkələrin nümayəndələri kibertəhlükəsizlik üzrə yeni qanunun qəbuluna dair razılığa gəliblər.
 
 
Qanun nəhəng internet şirkətlərinin üzərinə onların sistemlərinə edilmiş haker hücumları haqda məlumat vermək öhdəçiliyi qoyur. Buna əməl etməyən şirkətlər cərimə ödəyəcək.
 
 
Qayda sosial şəbəkələrə şamil olunmur.
 
Avropa İttifaqının rəsmisi bildirib ki, energetika sahəsində infrastruktur yaradan və xidmət göstərən şirkətlərdə, nəqliyyat, səhiyyə və bank sektorunda kibertəhlükəsizlik tədbirləri gücləndirilməlidir.
 
 
Emil Hüseynov




08/12/15    Çap et