Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Fərdi elektronika qurğularının sayı dünya əhalisinin sayını ötəcək


Yaxın bir neçə ildə insanlar daha çox fərdi elektron qurğulardan istifadə etməyə başlayacaq. «Gartner» tədqiqat şirkətinin qiymətləndirməsinə görə, 2018-ci ilə inkişaf etmiş bazarlarda istehlakçıların hər biri 3-4 cihazdan istifadə edəcək.
 
Həmçinin gözləntilərə əsasən, 2016-cı ildə daşınan elektronika, telefon, planşet və fərdi kompüterlər daxil olmaqla istifadədə olan qurğuların ümumi sayı 7,8 milyarda yaxınlaşacaq.
 
 2018-ci ildə isə bu göstərici 8,3 milyardadək artacaq.
 
«ICTnews» elektron xəbər xidməti «dailycomm.ru» resursuna istinadən yazır ki, "texnologiyaların tətbiqinin yüksək səviyyəsi, yüksəksürətli rabitə şəbəkələrinin mövcudluğu və real vaxt rejimində daxil olan informasiyadan asılılığın artması, şübhəsiz, bir şəxsin bir neçə qurğudan istifadəsinə gətirib çıxaracaq». «Gartner»in tədqiqatlar üzrə direktoru Anşul Qupta belə hesab edir.
 
 
 
Emil Hüseynov




08/12/15    Çap et