Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2011-ci ildə İT büdcələri zərərə məruz qalmayacaq


Dünya iqtisadi böhranının təkrarlanma təhlükəsinə baxmayaraq, “Wells Fargo Securities”-in baş analitiki Ceyson Meynard hesab edir ki, 2011-ci ildə İT büdcələri azalmayacaq.

Meynard və onun komandası iddia edir ki, makroiqtisadi vəziyyətin qeyri-sabitliyi ilə bağlı ümumi qorxulara baxmayaraq İT xərclər azalmamalıdır.

Ekspertlər güman edirlər ki, İT bölmələrin bir çox rəhbərləri indi gözləmə mövqeyini tutublar və vəziyyətə görə hərəkət edəcəklər. Onların əksəriyyəti 2011-ci ildə İT təminata xərclərin artmasını 4-5% həddində proqnozlaşdırırlar.

2012-ci ildə İT büdcələrlə bağlı məsələ böyük sual altındadır. Hərçənd ekspertlərin çox hissəsi qeyd edir ki, büdcə artımı qeydə alınacaq. Bununla belə, bir çox şey dünya iqtisadiyyatındakı vəziyyətdən asılı olacaq.




17/09/11    Çap et