Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dünyanın ən kiçik simsiz temperatur datçiki hazırlanıb
Eyndhoven Texniki Universitetində çalışan alimlər ətraf mühitin temperaturunu müəyyənləşdirə bilən kiçikölçülü simsiz ötürücü qurğu yaradıblar. Bu ötürücü qurğunun işləməsi üçün batareyaya gərək yoxdur, cihaz qoşulduğu simsiz şəbəkənin radio dalğaları sayəsində işləyir.
«ICTnews» elektron xəbər xidməti «ain.ua» resursuna istinadən xəbər verir ki, ölçüsü 2x2 mm, çəkisi 1,6 milliqram təşkil edən ötürücü qurğu ətraf mühitin temperaturunu yaxınlıqda yerləşən xüsusi routerə ötürür. İndi qurğu 2,5 sm məsafədə işləyir, amma alimlər bir il sonra bu məsafəni 1 metrədək artırmağı planlaşdırır. Gələcəkdə simsiz ötürücü qurğu 5 metr məsafəni dəstəkləyəcək. Yalnız bundan sonra qurğu geniş kütləyə təqdim olunacaq.
09/12/15 Çap et