Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Gartner”: “2016-cı ildə “ağıllı” şəhər sistemlərinə 1,6 milyard obyekt qoşulacaq


“Gartner” analitik şirkətinin qiymətləndirməsinə görə, 2016-cı ildə dünyada intellektual şəhər sistemlərinə qoşulan obyektlərin sayı 39 faiz artaraq 1,6 milyarda çatacaq. 2017-ci ilədək “Əşyalar interneti” texnologiyaları əsasən kommersiya obyektlərində, kommunal təsərrüfatlarda və nəqliyyatda tətbiq ediləcək, lakin sonradan yaşayış binaları onları üstələməyə başlayacaq. 2018-ci ildə yaşayış binalarında internetə qoşulan obyektlərin sayı 1 milyard təşkil etməklə kommersiya binalarındakı obyektlərin sayı ilə müqayisə ediləcək, sonradan isə onu üstələyəcək.
 
“Əşyalar interneti” texnologiyalarının tətbiqi kommersiya daşınmaz əmlakda, xüsusilə böyük şəhərlərdə əlverişlidir. “Əşyalar interneti” bina infrastrukturunun vahid şəklini görməyə imkan verir, həmçinin müxtəlif ötürücülərdən məlumatların toplanması və təhlili avadanlığın işinin intellektual idarəetməsinə imkan verir.
 
Kommersiya binalarında 2016-cı ildə “Əşyalar interneti” obyektləri arasında daha sürətlə təhlükəsizlik və müşahidə kameralarının, eləcə də işıqlandırma qurğularının sayının artması gözlənilir. Yaşayış binalarında lider intellektual televizorlar və oyun qurğuları, lampalar və müxtəlif avtomatlaşdırma vasitələri - termostat, təhlükəsizlik sistemləri və mətbəx texnikası liderdir, - "www.osp.ru” yazır.




09/12/15    Çap et