Çin “.СОМ” zonasında qeydiyyat qaydalarını sərtləşdirəcək
2016-cı ilin martından etibarən Çində “.СОМ” və “.NET” zonalarında qeydiyyatdan keçənlərin fərdi məlumatlarının icbari yoxlanılması qaydaları tətbiq ediləcək.
Qeydiyyatdan keçmiş domen sahibləri isə cari ildə domenin bir neçə il müddətinə qeydiyyatdan keçməsi halında uzadılmadan və ya avtomatik uzadılma müddətindən 45 gün sonra öz məlumatlarını təqdim etməli olacaqlar. Fərdi məlumatlar təsdiq edilməyəcəyi təqdirdə domen bağlanacaq.
“VeriSign” şirkəti “.СОМ” zonasında Çinin bütün qeydiyyatçı orqanlarının lisenziyasını yoxlayacaq.
İndiyədək Çin hökuməti bu qaydaları yalnız yeni yüksəksəviyyəli domenlər (New gTLD) üçün tətbiq edib. “.СОМ” zonasında qeydiyyat qaydalarının dəyişməsi domen bazarına gözlənilməz təsir göstərə bilər, çünki Çin istifadəçiləri və domen investorları son vaxtlar fəallıq nümayiş etdirir, -"
www.webnames.ru” yazır.