Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan yük vaqonlarının qaimələrini qarşı tərəfə elektron formada təqdim edəcək
Azərbaycan şimal sərhədində qatar mübadiləsi zamanı yük vaqonlarının qaimələrini Rusiya tərəfinə elektron formada təqdim edəcək.
Bu barədə “ICTnews” elektron xəbər xidmətinə “Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.
O bildirib ki, Məlumat Hesablama Mərkəzi tərəfindən uyğun proqram təminatı işlənilib hazırlanıb və hazırda Yalama stansiyasında təcrübi istismara verilib.
Gələcəkdə bu proqram təminatının bütün stansiyalar üzrə istismarının təmin edilməsi nəzərdə tutulur.
Seymur Qasımbəyli
09/12/15 Çap et