Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Kağız vərəqi standart akkumulyatorları əvəz edəcək
İsveçin Linköpinq Universitetinin mütəxəssisləri tərəfindən yaradılmış «Power Paper» adlı yeni kağız vərəqi akkumulyator funksiyasını yerinə yetirir. Belə ki, qurğu enerji saxlamaq və elektrik şəbəkəsindən enerji toplamaq qabiliyyətinə malikdir.
«ICTnews» elektron xəbər xidməti «infox.ru» resursuna istinadən yazır ki, «Power Paper» kağız vərəqi xüsusi keçirici polimer və nanosellüloza materiallarından ibarətdir.
Alimlər bildiriblər ki, polimerin dəyəri çox ucuzdur, sellüloza isə bərpa olunan resursdur. Buna görə «Power Paper» ixtirasının maya dəyəri baha olmayacaq.
Layihə müəlliflərinin sözlərinə görə, «Power Paper» kağız vərəqi sukeçirməzdir və adi kağızla müqayisədə daha möhkəmdir. Alimlər 150x150 mm ölçüsündə kağız vərəqindən 1 farad enerji toplamağa nail olublar.
Qeyd edək ki, «Power Paper» kağızının istehsal prosesi məxfi saxlanılır.
Emil Hüseynov
09/12/15 Çap et