Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Ən yaxşı videotədris resursu” müsabiqəsinin müddəti uzadılıb


İnformatika müəllimləri arasında keçirilən "Ən yaxşı videotədris resursu" müsabiqəsinə işlərin qəbulunun müddəti oktyabrın 15-ə qədər uzadılıb.
 
 
Şərtlərə əsasən, Azərbaycan dilində video material olmaqla hər iştirakçıdan yalnız bir iş qəbul olunur. 

Bundan başqa, videoçarx informatika dərsliklərinin bir mövzusuna həsr olunmalı, www.youtube.com saytında yerləşdirilməli və müvafiq link informatik-az@mail.ru ünvanına göndərilməlidir.
 
 




09/12/15    Çap et