Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avtobuslarda yeni GPS izləmə cihazının quraşdırılmasına başlanılıb


Bu gündən etibarən Bakı Beynəlxalq Avtovağzalında şəhərlərarası və beynəlxalq sərnişindaşıma fəaliyyəti göstərən avtobuslarda yeni GPS izləmə cihazının quraşdırılmasına başlanılıb.
 
Bu sistem nəqliyyat vasitəsinin olduğu ərazi, hərəkətin sürəti, yanacağın sərfiyyatı və s. barədə məlumatı real vaxt rejimində dispetçer mərkəzinə ötürür.
 
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən qeyd edilib ki, sistemin köməyi ilə istənilən müddət ərzində və müxtəlif səfərlər üzrə sürücülük qabiliyyətinin dəqiq qiymətləndirilməsinə də nəzarət olunur.
 
Eyni zamanda GPS sisteminin quraşdırılması işləri yekunlaşdıqdan sonra sərnişinlər Bakı Beynəlxalq Avtovağzalının saytına  daxil olaraq şəhərlərarası və beynəlxalq sərnişindaşıma sahəsində xidmət göstərən avtobusların çatma vaxtı ilə bağlı dəqiq məlumat əldə edə biləcəklər.
 
Əsas məqsəd beynəlxalq və daxili sərnişindaşımada xidmət keyfiyyətini yüksəltmək və vətəndaşların təhlükəsizliyinin təmin edilməsidir.
 
HƏQİQƏT




09/12/15    Çap et