Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Airbus” Yupiter peyklərinin tədqiqi üçün zond yaradacaq


Avropa Kosmik Agentliyi və “Airbus Defence and Space” şirkəti arasında Yupiter peyklərinin tədqiqi üçün zondların yaradılmasına dair 350 milyon avro dəyərində saziş imzalanıb.

Sazişə görə, “JUICE” (Jupiter icy moons explorer) aparatının 2022-ci ildə “Ariane 5” raketdaşıyıcısının köməyi ilə buraxılması nəzərdə tutulur. 7,5 ildən sonra raketdaşıyıcısının Yupiter sisteminə çatacağı və bir müddət sonra Hanimed peyki orbitinə çıxacağı bildirilir.

Qeyd olunur ki, missiya Yupiter ətrafında həyatın mövcudluğunun əlamətlərinin aşkarlanması məqsədi daşıyır.

Kallisto, Avropa və Hanimed peyklərinə xüsusi diqqət yetirilməsi planlaşdırılır.

Çəkisi 5,5 ton təşkil edəcək zond enerjini kosmik tədqiqatlar tarixində 97 kvadratmetr ölçüsündə olan ən böyük günəş generatorundan alacaq.   

Zondun tikintisində subpodratçılar qismində 60-dan çox Avropa şirkətinin iştirakı gözlənilir, - “http://www.tass.ru” yazır.




10/12/15    Çap et