Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Mark Zukerberq müsəlmanların xeyrinə çıxış edib
«Facebook» sosial şəbəkəsinin direktoru Mark Zukerberq bu ilin noyabrında Parisdə baş vermiş teraktdan sonra müsəlmanların məruz qaldığı hücumlarla əlaqədar öz səhifəsində onların xeyrinə çıxış edib. «ICTnews» elektron xəbər xidməti «itar-tass.com» resursuna istinadən yazır ki, O. islam dini daşıyıcılarına dəstək olduğunu yazıb.
"Mən, «Facebook»un direktoru dünyanın ən böyük sosial şəbəkəsində qeydiyyatdan keçmiş müsəlmanlara müraciət edərək demək istəyirəm ki, biz onları şəbəkəmizdə görməyə şadıq və birlikdə sizin hüquqlarınız uğrunda mübarizə aparacağıq və sosial şəbəkəmizdə mehriban atmosfer yaratmağa çalışacağıq», - Zukerberq bildirib.
«Facebook» dünyanın ən böyük sosial şəbəkələrindən biridir. Zukerberq onu 4 fevral 2004-cü il tarixində üç tələbə yoldaşı ilə birlikdə yaradıb. Sosial şəbəkənin aylıq auditoriyası təxminən 1,5 milyard istifadəçidən ibarətdir.
Emil Hüseynov
10/12/15 Çap et