Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yaponiyanın müdafiə sənayesinə ilk dəfə olaraq kiberhücum edilib
Yaponiyada “Mitsubishi Heavy İndustries Ltd” (MHİ) şirkətinin kompyuter şəbəkəsi “sındırılıb”. Şirkət Atom Elektrik Stansiyası (AES) üçün gəmi, raket və komponentlər istehsal edir.
“Reuters” agentliyi sentyabr ayının 19-da "Yomiuri" yapon qəzetinə istinadən bildirib ki, bu, Yaponiyanın müdafiə sənayesinə edilən ilk kiberhücumdur.
"Yomiuri" qəzeti qeyd edib ki, hakerlər Tokioda yerləşən MHİ-nin baş ofisində təxminən 80 kompyuter, həmçinin bir neçə zavodun kompyuter şəbəkələrini “sındırmağı” bacarıblar.
Onların arasında atom stansiyaları üçün sualtı gəmi və komponentlərin istehsalında ixtisaslaşan Kobedəki gəmiqayırma zavodu, həmçinin Naqasakidəki gözətçi gəmiləri istehsal edən zavod və nəhayət, raket və raket mühərrikləri hazırlayan Naqoedə yerləşən zavod zərər çəkib. Məlumat itkisi barədə hələlik heç bir təsdiqlənmiş məlumat yoxdur.
19/09/11 Çap et