Adi kompüterdən 100 milyon dəfə sürətli kompüter istifadəyə verilib
“Google” şirkətinin kvant süni intellekt laboratoriyasının (Quantum Artifical İntelligence Lab) tədqiqatçıları "D-Wave 2X” kompüterinin sınaqlarının nəticələrini dərc ediblər.
“Google” kompüteri 2013-cü ildə Kanadanın “D-Wave Systems” şirkətindən satın alıb. Şirkət kompüterin imkanlarından süni intellektin yaradılması işində istifadə etmək niyyətində olub.
“Google” və “NASA” mütəxəssislərinin sözlərinə görə, onlar kompüterdən “təxminən min ikiqat dəyişənlə” tapşırığın həlli üçün istifadə etməyə nail olublar. Sınaqdan məlum olub ki, “D-Wave” qarşıya qoyulan vəzifəni bir prosessorla işləyən ənənəvi kompüterlə müqayisədə 100 milyon dəfə sürətli yerinə yetirib. Müəlliflər tədqiqatı xüsusi jurnallarda dərc etməyi planlaşdırırlar.
Məlumat üçün qeyd edək ki, kvant kompüter iş prinsipi adi kompüterlərdən fərqlənən və kvant mexanika əsasında işləyən hesablayıcı qurğudur. O, ənənəvi bitlərin əvəzinə kubitlərdən istifadə edir.
Kvant kompüterin praktiki tətbiqi hələ ki sübut edilməyib. Hesab edilir ki, kvant kompüter tranzistorların daima azalması şəraitində texnologiyaların inkişafı üçün fiziki maneələri aradan qaldıra bilər.
Kubitlər və ya kvant bitlər informasiyanın kvant kompüterdə saxlanılması elementləridir. Kvant mexanikasının qanunları onlara ikili vəziyyətdə olmağa imkan verir ki, bunun da sayəsində kompüter paralel hesablamalar apara bilir. Lakin kubitlər temperatur və maqnit sahəsi dəyişikliklərinə qarşı çox həssasdır, - “
www.42tut.by” yazır.