Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dövlət komissiyasının 15 elektron xidmətinin noyabrdakı istifadə sayı bəlli olub
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) noyabr ayında “Elektron hökumət” portalı üzərindən elektron xidmətlərindən istifadə sayına görə ilk beşlikdə yer alıb.
“ICTnews” elektron xəbər xidmətinin həmin portala istinadən verdiyi məlumata görə, TQDK-nın 15 e-xidmətindən bir ayda 7418 dəfə istifadə edilib.
Bunlar “Bakalavrların bakalavr pilləsinə qəbul olmaq üçün təqdim etdikləri ərizələrin iş nömrələrinin axtarışı”, “İnternetdə video mühazirələr”, “Namizədlərə imtahana buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi”, “Namizədlərə onların cavab kartlarının qrafik təsvirlərinin internet vasitəsilə verilməsi”, “Namizədlərə, sınaq imtahanı iştirakçılarına imtahan nəticələri haqqında məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi”, “Namizədlərin (abituriyentlərin, bakalavrların, namizədlərin (rezidenturaya sənəd verənlər) ərizələrinin onlayn qəbulu”, “Namizədlərin elektron ixtisas seçimi ərizələrinin onlayn qəbulu”, “Onlayn sınaq imtahanının keçirilməsi”, “Sınaq imtahanına yazılış”, “TQDK nəşrlərinin və onların elektron versiyalarının onlayn satışı”, “TQDK-nın virtual ödəmə kartlarının onlayn və qısa mesaj (SMS) vasitəsilə satışı”, “TQDK-nın yenilikləri barədə SMS məlumatlandırma”, “Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) aparılan təhsilalanların TQDK-nın "Şagird-məzun sistemi"ndə özləri haqqında məlumatları internet vasitəsilə yoxlaması”, “Vətəndaş haqqında “Tələbə-məzun” dövlət elektron məlumat sistemindən çıxarış” və “Vətəndaşların TQDK-nın rəhbərliyinin və məsul işçilərinin qəbuluna onlayn yazılması” e-xidmətləridir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının noyabrda ən çox istifadə olunan xidməti “Namizədlərə, sınaq imtahanı iştirakçılarına imtahan nəticələri haqqında məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi” olub.
CAHANGİR
11/12/15 Çap et