Belə ki, mobil nömrələrin satışı mərkəzləşmiş qaydada, ümumi müddəalara uyğun bütün mobil operatorlar tərəfindən eyni qaydada aparılacaq. Bununla da, bu günə qədər nömrə satışı zamanı yol verilən bir çox pərakəndə proseslərin sistemləşdirilməsi, eyni zamanda, mövcud qüsurların aradan qaldırılması üzrə tədbirlər görülməli və yaradılacaq texniki qaydalara uyğun abunəçi informasiya bazası əsasında sosial əhəmiyyətli elektron xidmətlərin hazırlanması mümkün olacaq.
Qeyd edək ki, rabitə vasitələrinin satışının yeni qərara uyğun təşkili üçün nəzərdə tutulmuş informasiya sistemi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən hazırlanıb. Ötən vaxt ərzində bu informasiya sisteminin mobil və sabit operatorların istismarına verilməsi ilə əlaqədar bir neçə toplantı keçirilib. Həmin toplantılarda prosesin ssenarisinin müvafiq qaydalara uyğun təşkili üçün tələb olunan texniki təfərrüatlar müzakirə edilib.
10 dekabr 2015-ci il tarixdə "Elektron Hökumət" portalının operatoru RYTN MHM-də “Azərfon” MMC-nin səlahiyyətli nümayəndələri ilə növbəti görüş baş tutub. Toplantıda tezliklə tətbiq olunacaq bu proses barədə vətəndaşların maarifləndirilməsi məsələsi müzakirə olunub. Müzakirələr zamanı yeni qaydaların ictimai əhəmiyyət, eləcə də vətəndaş hüquqlarının qorunması baxımından mühüm mahiyyət daşıdığı vurğulanıb.
Gündəmdə olan digər məsələ isə prosesin pilot seçilmiş satış məntəqələrində tətbiqi üçün müddətin təyin olunması bağlıdır. Belə ki, prosesin icraçıları ilə razılaşdırılacaq bu müddət ərzində mobil nömrələrin satışı zamanı tətbiq olunacaq informasiya sisteminin sınaq istismarı məhdud sayda satış məntəqələrində reallaşdırılacaq. Bununla yanaşı yeni qaydaların bütün operatorlar tərəfindən tam şəkildə tətbiq olunacağı tarixin müəyyənləşdirilməsi və son hazırlıq işləri barədə danışılıb.
Görüşdə RYTN-in nümayəndəsi də iştirak edib.
Nömrə satışı zamanı abunəçilərə aid məlumatların "Elektron Hökumət" portalına qoşulmuş informasiya sistemləri vasitəsilə ilkin mənbədən identifikasiya edilərək operatorların və MHM-in vahid məlumat bazasına onlayn rejimdə elektron formada daxil edilməsi təmin olunacaq.