Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropada evlərin mobil telefonla idarə olunması sürətlə populyarlaşır


Avropada mobil telefonda quraşdırılan mobil proqramın köməyi ilə idarə olunan evlərin sayı xeyli artıb. “Ağıllı ev” texnologiyası sadə vətəndaşlar arasında sürətlə populyarlaşır.
 
Aparılan sorğuların nəticələrinə görə, evlərin planşetlərlə idarə edilməsi çətin deyil. Əksinə, insanlar hər şeydən xəbərdar olaraq evi mobil telefonla idarə etməyə çalışırlar.
 
Son bir ildə İngiltərə, Macarıstan, Avstriya və Fransada “ağıllı ev” istifadəçilərinin sayı bir milyon nəfərdən beş milyon nəfərədək artıb. Texnologiya Avropa istifadəçiləri arasında sürətlə populyarlaşmaqda davam edir, - "www.globalscience.ru" yazır. 





14/12/15    Çap et