Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Nazirlər Kabinetinin təsdiqlədiyi elektron xidmətlərin 75 faizi “Elektron hökumət” portalına inteqrasiya edilib
Bu il dekabrın 1-nə olan statistikaya əsasən, Nazirlər Kabinetinin təsdiqlədiyi 462 xidmətdən 345-i “Elektron hökumət” portalına inteqrasiya olunub. Bu da siyahıdakı xidmətlərin 75 faizini təşkil edir.
Statistik göstəricini Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi açıqlayıb.
Qeyd edək ki, “Elektron xidmət növlərinin Siyahısı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli qərarı ilə təsdiq edilib.
"Elektron hökumət" portalı 2012-ci ilin aprel ayından istifadəyə verilib.
CAHANGİR
14/12/15 Çap et