Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2015-ci ilin 5 əsas texnoloji trendi


«CommBank Innovation Lab» innovasiyalar laboratoriyasının ekspertləri 2015-ci ilin 5 əsas texnoloji trendini açıqlayıblar.
 
 
1. “Əşyalar interneti”
 
3-4 il sonra dünyada təxminən 50 milyard cihaz olacaq. Müxtəlif "ağıllı" sensorlar reallığı dəyişdirəcək. Məsələn, fitnes-bilərziyin köməyi ilə mənzildə işığı söndürmək mümkün olacaq.
 
 
2. Virtual reallıq
 
Əvvəllər yalnız qeymerlər tamamilə rəqəmli dünyaya yüklənə bilirdilər. İndi isə istər mağaza, istərsə də turizm və əyləncə sənayesində virtual reallıq texnologiyaları istifadə olunur. Məsələn, səyahət etməyi sevənlər uçuşdan əvvəl mehmanxana üzrə gəzişə və onun nömrələrinə baxa bilərlər.
 
 
3. Böyük məlumatlar
 
Bu il məlum oldu ki, məlumatın toplanılması və təhlili böyük fayda verə və mürəkkəb sualları cavablandıra bilər.
 
"Biz on il əvvəllə müqayisədə hər gün daha çox informasiya generasiya edirik - «CommBank Innovation Lab»ın ekspertləri bildiriblər. - Bu məlumatların təhlili əsaslı qərarların qəbuluna və proqnozlar verməyə imkan verir".
 
4. Avtomatlaşdırma
 
Robotlar, sürücüsüz avtomobillər, pilotsuz uçan aparatlar - ekspertlər bildirir ki, biz avtomatlaşdırılmış dünyanın astanasındayıq. Mütəxəssislərin proqnozuna əsasən, növbəti onillikdə bəzi ölkələrdə iş yerlərinin 50 faizində robotlar işləyəcək.
 
5. Blokçeynlər
 
Bitkoin tipli virtual valyutalar elə işləyir ki, hər bir istifadəçi, həmçinin başqa insanlar tərəfindən yerinə yetirilmiş tranzaksiyaların siyahısına malikdir. Bu, blokçeyn adlanır və ekspertlər bu cür yanaşmada böyük potensial görürlər.
 
Emil Hüseynov





14/12/15    Çap et