Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

TAC ödəmə kartlarının onlayn satışı və aktivləşdirilməsi məsələləri müzakirə edilib


11 dekabr 2015-ci il tarixdə  "Elektron Hökumət” portalının operatoru və  “Aztelekom“ MMC-nin  nümayəndələrinin görüşü olub.

Görüşdə TAC ödəmə kartlarının telekommunikasiya qovşaqlarında (TKQ)  onlayn satışı və aktivləşdirilməsi məqsədilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin  (RYTN) Məlumat Hesablama Mərkəzinin (MHM) proqramçıları tərəfindən hazırlanmış yeni proqram təminatının və satış üzrə hesabatların  elektron təşkilinin prezentasiyasi  keçirilib və  bu  məsələ müzakirə eilib.

Yeni tətbiq olunacaq proqram təminatı əsasında rayon TKQ-lərinin əməliyyatçıları TAC kart satış sisteminə daxil olaraq müştərinin istədiyi dəyərdə və sayda TAC kart seçir, bundan  sonra  avtomatik olaraq kartların nömrələri və pin kodlar  qeyd olunmuş qəbz formalaşır. Qəbz çap olunaraq müştəriyə təqdim olunur.

Bu  xidmətdən  2  formada  istifadə   etmək  mümkündür:

1.     Alınmış  PİN  kodun  telefonun  balansına  yüklənməsi. Bunun  üçün  “124”  kodu  vasitəsilə  PİN  kod  telefonun  balansına   yüklənilir,  həmin  balansla  danışıq  aparmaq  üçün  “123”  kodu  üzərindən  zəng  edilir. Məsələn,  123  yığılır,  siqnal  səsindən  sonra  mobil  şəbəkəyə  50(51)xxxxxxx, 55xxxxxxx,  70(77)xxxxxxx,  sabit   şəbəkəyə  22xxxxxxx və s.  qaydada  yığımlar  aparılır, “#”  vasitəsilə  təsdiq  olunur. “0”  kodundan  istifadə  olunmur.  Bu xidmət hələlik Bakı şəhərində aktiv deyil.

2.     Alınmış  PİN  kod  telefonun  balansına yüklənmir,  bu  PİN  kod  vasitəsilə  istənilən  sabit   şəbəkə  telefonundan  danışıq  aparmaq  olur.  Bu  variantın  əlavə  üstünlüyü  balansın  hər  hansı  bir  telefonla  məhdudlaşmamasıdır. Yəni,  istifadəçi  həm  öz  mənzilindəki, həm  iş yerindəki, həm də istənilən  digər telefondan  bu  PİN  kodu  yığmaqla  danışıq  apara  bilər. Bu  halda  hər  dəfə  “181”  yığmaqla  PİN  kod  sistemə  daxil  edilir,  *şəbəkə  kodu, telefon  nömrəsi  daxil  edilir  və  #  vasitəsilə  təsdiq  olunur.  

Hazırda  istifadəçilərə 2, 5,10 manat dəyərində olan TAC kartlar təklif edilir.

Bu xidmətin aşağıdakı üstünlükləri var:

* Yüklənilən kartın dəyərinin 20%-i  dəyərində əlavə bonus balansa yüklənir.

* Bu kartı almaqla “0” kodu  bağlı olan nömrələr də daxil olmaqla respublika şəbəkəsində istənilən şəhər və kənd telefon nömrələrindən şəhərlərarası, beynəlxalq və mobil şəbəkəyə danışıq aparmaq olar.

Bu texnologiya kartların  istehsalı  və  abunəçiyə  çatdırılması  ilə  əlaqədar lüzumsuz xərcləri aradan qaldırmaqla yanaşı, həm də  istifadəçilərə  sabit  şəbəkə  telefonu  olan  istənilən  yerdən  danışıq  aparmaq  imkanı  verir. Yəni,  xidmətin  haqqı  əvvəlcədən  ödənildiyinə  görə  danışıq  istənilən  sabit  şəbəkə  telefonundan  aparıla  bilər.  






14/12/15    Çap et