Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Elektron Hökumət” Portalı “FİNCA international” beynəlxalq təşkilatının Azərbaycandakı nümayəndəliyi ilə birgə layihəyə start verir
"Elektron Hökumət" portalı xidmət məkanı olmaqla yanaşı ən geniş fərdi identifikasiya sistemidir.Bu gün vətəndaş portal vasitəsilə özünə aid 11 növ məlumatı rahatlıqla bir neçə saniyədə formalaşdırıb tələb olunan müəssisəyə elektron və kağız şəklində göndərmək imkanına malikdir.
Hazırda elektron arayışlardan daha çox maliyyə-kredit sahəsində istifadə edilir. Belə ki, bugün 20-dən artıq bank və kredit təşkilatı "Elektron Hökumət" portalının imkanlarından istifadə edərək vətəndaşlardan fərdi məlumatları üzrə kağız daşıyıcıda sənəd tələbini ləğv edib. Bu siyahıya tezliklə "Finca Azərbaijan" təşkilatı da qoşulmaq niyyətindədir. Həmin təşkilatla bu gün keçirilmiş toplantıda vətəndaşın ödəməqabiliyyətinin kağız üzərində sənəd tələbi olmadan müəyyənləşdirilməsi üçün portalın imkanları müzakirə edilib, bu imkanlardan "Finca Azərbaijan"nın müştərilərinin faydalanması üçün qanunvericiliklə müəyyən olunmuş qaydalar və layihənin həyata keçirilməsi üçün texniki məsələlər danışılıb.
15/12/15 Çap et