Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bir ildə zərərli proqramlar tərəfindən hücuma məruz qalan istifadəçilərin sayı 1.7 dəfə yüksəlib


"Kasperski Laboratoriyası"nın hesabatına əsasən, bir ildə pul vəsaitini oğurlayan zərərli proqramlar tərəfindən hücuma məruz qalan istifadəçilərin sayı 1.7 dəfə yüksəlib. Hesabat dövründə bu zərərli proqramlar 753,7 min unikal istifadəçinin kompüterində aşkarlanıb.
 
«ICTnews» elektron xəbər xidməti «rns.online» resursuna istinadən xəbər verir ki, pul vəsaitini oğurlayan zərərli proqramlar qurğunun normal fəaliyyətini bloklayır və ya istifadəçinin məlumatlarını şifrləyir və onlara girişin bərpası üçün ödəniş tələb edir.
 
Sözügedən zərərli proqramlar tərəfindən hücuma məruz qalmış ölkələrin reytinqində 5.47 faiz göstəricisinə malik Qazaxıstan birinci pillədə qərarlaşıb. 3,75 faiz göstəriciyə malik Ukrayna ikinci, Rusiya (3.72 faiz) isə üçüncü pillədə yer alıb.
 
Emil Hüseynov





15/12/15    Çap et