Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Twitter” Direktorlar Şurasının 2 üzvü şirkəti tərk edir


“Twitter” sosial şəbəkəsi cümə günü şirkətin Direktorlar Şurası üzvlərinin sayının azaldığı haqqında məlumat verib.

Belə ki, Direktorlar Şurasının 2 üzvü şirkəti tərk edir. Onlar riskli kapitalistlər - Bidcan Sabe və Fred Uilsondurlar. Hər iki direktor yeniləri ilə əvəz ediləcək, lakin yeni direktorların kimliyi hələ də bilinmir.

"Bidcan Sabe və Fred Uilson, hər ikisi şirkətdə mühüm rol oynayırdı və biz onların şirkətin uğurlarına yönəlmiş işini yüksək qiymətləndiririk" – “Twitter”in mətbuat xidmətindən bildiriblər.

"Biz ümid edirik ki, gələcəkdə onlar “Twitter”ə artıq aktiv investorlar kimi qayıdacaqlar". Məlumat üçün qeyd edək ki, hazırda gündə “Twitter”in istifadəçi bazası 100 milyondan çoxdur.




19/09/11    Çap et