Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan uşaqlarının vahid məlumat bankı yaradılır
Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ölkə uşaqlarının məlumat bankı üçün sayt yaradır.
Komitədən “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata əsasən, “childbank.gov.az” ünvanında fəaliyyət göstərəcək sayt artıq rəsmi qeydiyyatdan keçirilib.
“Bu gün artıq saytın proqram hissəsi hazırdır və gələn ildən etibarən biz onun testləşdirməsinə başlayacağıq. Azərbaycan uşaqlarının məlumat bankına ölkədə mövcud olan və yeni dünyaya gələn 18 yaşadək bütün uşaqlar haqda fərdi məlumatlar toplanacaq, onların sağlamlığı, təhsili, asudə vaxtı və s. haqda məlumatlar daxil ediləcək”, - deyə komitədə bildiriblər.
Komitədən verilən məlumata görə, saytın tam istifadəyə verilməsi 2017-ci ildə mümkün olacaq. Çünki bu gün uşaqlarla işləyən bir sıra qurumların elektron xidmətləri və məlumat mübadiləsi imkanları tələb olunan səviyyədə deyil.
Qeyd edək ki, Azərbaycan uşaqlarının fərdi məlumat bankı Nazirlər Kabinetinin müvafiq qərarı əsasında yaradılır.
Aynur Vəliyeva
15/12/15 Çap et