Yaşayış yeri haqqında verilən elektron arayışların sayı 24 mini ötüb
İndiyədək vətəndaşlar "Elektron hökumət" portalı üzərindən 24400 "Yaşayış yeri haqqında arayış" formalaşdırıb.
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, e-xidmət bu ilin aprelində istifadəyə verilib. Ötən 8 ay ərzində əhalinin ən çox maraq göstərdiyi elektron arayışlar sırasında yer alıb.
Vətəndaşlar
portalda qeydiyyatdan keçərək bu e-xidmətə daxil olub, qeydiyyatda olduğu ünvan və doğulduğu yer haqqında arayışı formalaşdıra bilir. E-arayışın elektron şəkildə göndərilməsi və çap edilərək aidiyyəti quruma təqdim edilməsi mümkündür.
CAHANGIR