Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyanın hansı hava limanında ən sürətli «Wi-Fi» xidməti göstərilir?


«Rotten Wi-Fi» şirkəti tərəfindən keçirilmiş tədqiqatın nəticələrinə əsasən, Tailandın «Don Muang» hava limanında ən sürətli «Wi-Fi» xidməti göstərilir. Aeroportda qurulmuş və orta sürəti 42.2 Mbit/san təşkil edən «Wi-Fi» şəbəkəsindən iki saat ödənişsiz istifadə təklif edilir. Sorğu turistlər arasında aparılıb. Britaniya şirkəti dünyanın 185 aeroportunda «Wi-Fi» texnologiyasının keyfiyyətini sınaqdan keçirib.
 
 
«ICTnews» elektron xəbər xidməti «json.tv» resursuna istinadən xəbər verir ki, səyahət edənlər aeroportlarda ödənişsiz «Wi-Fi» xidmətinin göstərilməsini yüksək qiymətləndirir: onlar reysləri gözləyən zaman bu texnologiyanın köməyi ilə internetdə xəbər oxuyur, bir-birlərinə mesaj göndərir və sosial şəbəkələrdə vaxt keçirirlər. Lakin bütün aeroportlarda «Wi-Fi» xidməti mövcud deyil, yaxud sözügedən texnologiya eyni vaxtda çoxlu qoşulmaların öhdəsindən gələ bilmir.
 
 
ABŞ-ın Litl-Rok şəhərində yerləşən Milli Bill və Hillari Klinton Hava Limanı ən sürətli «Wi-Fi» şəbəkəsinə malik aeroportların reytinqində ikinci pilləni tutub. Burada yükləmə sürəti 36,23 Mbit/s təşkil edib.
 
Malayziyanın 34,54 Mbit/s yükləmə sürətinə malik Kuala-Lumpur Hava Limanı üçüncü pillədə qərarlaşıb.
 
«Rotten Wi-Fi» xidmətinin həmtəsisçisi Arturas Conkas bildirib ki, Asiyada yerləşən hava limanları internetin sürətinə görə aparıcı mövqe tuturlar.
 
Emil Hüseynov
 




15/12/15    Çap et