Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sürücüsüz avtomobillər smartfonların köməyi ilə oğurlana bilər


Hiroşima Universitetinin dosenti Xiroyuki İnoue smartfondan istifadə etməklə avtomobilin bort kompüterinə müdaxilə üsullarını nümayiş etdirib.
 
«ICTnews» elektron xəbər xidməti «gazeta.ru» resursuna istinadən xəbər verir ki, alim 2013-cü ildə buraxılan «Toyota Corolla Fielder» avtomobilinin pəncərələrini açıb, spidometrə müdaxilə edib və «DDoS» hücumun köməyi ilə avtomobilin hərəkətini dayandırıb. Professor adi «Wi-Fi» router və özü hazırladığı mobil proqramdan istifadə edib.
 
İndi avtomobilin bort kompüterinə müdaxilə Yaponiyada buraxılan maşınlar üçün təhlükə yaratmır, çünki onlar internetə qoşulmayıb, ancaq 2020-ci ilə Yaponiyada sürücüsüz avtomobillərin kütləvi buraxılışı nəticəsində bu təhlükə kütləviləşə bilər.
 
Emil Hüseynov





16/12/15    Çap et